"Brayton" 39 yaşlı futbolçuya yeni müqavilə təklif edib
"Brayton" 39 yaşlı yarımmüdafiəçisi Ceyms Milnerə yeni müqavilə təklif edib.
Sportline.az "The Athtletic" nəşrinə istinadən xəbər verir ki, Milner klubla 1 illik yeni müqavilə imzalayacaq.
İngiltərəli futbolçunun "Brayton"la hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, Ceyms Milner cari mövsüm 3 rəsmi matçda iştirak edib.