"Brayton" brazilyalı futbolçunun transfer qiymətini açıqlayıb

"Brayton" brazilyalı futbolçusu Joao Pedronun transfer qiymətini açıqlayıb.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "Brayton"un rəhbərliyi J.Pedro üçün 70 milyon avro tələb edir.

23 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 30 matçda 10 qol 7 asistlə yadda qalıb.

Qeyd edək ki, Joao Pedronun "Brayton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.