"Brayton" brazilyalı futbolçunun transfer qiymətini açıqlayıb
"Brayton" brazilyalı futbolçusu Joao Pedronun transfer qiymətini açıqlayıb.
Sportline.az "Sun on Sunday" nəşrinə istinadən xəbər verir ki, Joao Pedro üçün "Brayton" 70 milyon avro tələb edir.
23 yaşlı forvardın klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, J.Pedro bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda rəqib qapılarından 10 top keçirib.