"Brayton" bu futbolçuya görə 60 milyon avro tələb edir

"Brayton" brazilyalı futbolçusu Joao Pedronun transfer qiymətini açıqlayıb.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, Pedro üçün "Brayton" klubu 60 milyon avro tələb edir.

23 yaşlı forvardın klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Joao Pedro ötən mövsüm çıxış etdiyi 30 matçda rəqib qapılarından 10 top keçirib.