"Brayton" "Olimpiakos"a 37 milyon avro ödəyəcək

İngiltərə Premyer Liqasının təmsilçisi “Brayton” Yunanıstanın “Olimpiakos” klubundan Çaralampos Kostulasla 5 illik müqavilə imzaladığını rəsmən açıqlayıb.

Sportline.az xəbər verir ki, bu transfer “Olimpiakos” tarixində yeni rekordla yadda qalıb.

Ferdi Kadıoğlunun da formasını geyindiyi “Brayton”un yaydığı rəsmi məlumatda bildirilir ki, 18 yaşlı hücumçu Kostulasla uzunmüddətli anlaşma əldə olunub.

Transferin maliyyə detalları açıqlanmasa da, İngiltərə mediasının iddiasına görə müqavilənin ümumi dəyəri bonuslarla birlikdə 37 milyon avroya çatır.