"Brayton" yeni transferini açıqlayıb
"Verona"nın italiyalı stoperi Dieqo Koppola yeni mövsümdə etibarən "Brayton" forması geyinəcək.
Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
21 yaşlı futbolçu "Brayton"la 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Dieqo Koppola ötən mövsüm çıxış etdiyi 35 matçda 2 qolla yadda qalıb.