"Brayton"dan "Mançester Yunayted"ə
"Brayton"un ekvadorlu futbolçusu Pervis Estupinyan "Mançester Yunayted"in radarına düşüb.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, P.Estupinyan üçün "Mançeste Yunayted" 40 milyon avronu gözdən çıxarıb.
27 yaşlı sol cinah müdafiəçisi "Brayton"dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
Qeyd edək ki, Estupinyan ötən mövsüm meydana çıxdığı 36 matçda 1 qol 1 asistlə yadda qalıb.