"Brayton"u London klubuna dəyişə bilər
"Çelsi" "Brayton"un brazilyalı forvardı Joao Pedro üçün hərəkətə keçib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, "zadəganlar" Pedro üçün təxmini 50 milyon avroluq rəsmi təklif göndərməyi planlaşdırır.
23 yaşlı futbolçunun "Brayton"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Joao Pedro ötən mövsüm meydana çıxdığı 30 matçda 10 qol 7 məhsuldar ötürmə müəllifi olub.