"Brayton"u "Tottenhem"ə dəyişir

"Brayton"un futbolçusu Yan Poul van Heçke karyerasını "Tottenhem"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist David Ornşteyn məlumat yayıb.

25 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 40 matçda 3 qol, 3 asistlə yadda qalıb.

Qeyd edək ki, Y.Heçkenin dəyəri 45 milyon avrodur.