Braziliyalı futbolçu "Real"ın tarixinə düşüb

İspaniya "Real Madrid"inin futbolçusu Marselo klubun tarixinə düşüb.

Sportline.az xəbər verir ki, 34 yaşlı cinah müdafiəçisi buna "Atletik"i 2:0 hesabı ilə məğlub etdikləri Superkubokun final matçında nail olub.

Braziliyalı oyunçu Madrid təmsilçisinin heyətində 23-cü titulunu qazanıb və "kral klubu"nun sabiq kapitanı Serxio Ramosu (22) geridə qoyub.

Marselo hazırda Fransisko Gento ilə birlikdə "kral klubu"nda ən çox titula sahib çıxan futbolçudur.

Xatırladaq ki, 2007-ci ildən "Real Madrid"də çıxış edən müdafiəçi klubda ən çox mövsüm keçirən əcnəbi oyunçudur.