Braziliyalı ulduza 4,5 illik hökm oxundu

“Barselona”nın keçmiş futbolçusu Dani Alveş 4.5 il müddətinə həbs olunub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, braziliyalı ulduz zorlamaya görə azadlıqdan məhrum edilib.

Alveşin əlavə olaraq 150 min avro təzminat ödəyəcəyi bildirilib.

Xatırladaq ki, 30 dekabr 2022-ci il tarixində Barselona şəhərindəki diskotekada 23 yaşlı qadına cinsi təcavüz etməkdə günahlandırılan Alveş yanvarın 20-də Meksikadan Barselonaya gəldikdən sonra saxlanılmışdı.