Bremer "Tottenhem" yolunda
"Yuventus"un futbolçusu Qleyson Bremer yayda komandasını dəyişəcək.
Sportline.az xəbər verir ki, "Tottenhem" 29 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Q.Bremerin transfer qiyməti 35 milyon avrodur.