"Brentford" bu futbolçuya görə 50 milyon avro tələb edir

"Brentford" konqolu futbolçusu Yoane Vissanın transfer qiymətini açıqlayıb.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, Vissa üçün İngiltərə klubu 50 milyon avro tələb edir.

28 yaşlı forvardla "Nottingem Forest", "Tottenhem", "Arsenal", "Fənərbağça" və "Qalatasaray" klubları yaxından maraqlanır.

Qeyd edək ki, Yoane Vissa ötən mövsüm meydana çıxdığı 39 matçda 20 qol 5 məhsuldar ötürmə müəllifi olub.