"Brentford"da ayrılıq yaşana bilər

"Mançester Yunayted" "Brentford"un kamerunlu futbolçusu Brayan Embumunu heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Brentford" klubunun rəhbərliyi Embumu üçün 50 milyon avro tələb edir.

25 yaşlı vinger bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 39 matçda 18 qol 8 asistlə yadda qalıb.

Qeyd edək ki, Embumunun "Brentford"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.