"Brentford"un futbolçusu "Mançester Yunayted"in radarına düşüb

"Brentford"un ingilərəli futbolçusu Brayan Embumo "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, Embumu üçün Mançester klubu 50 milyon avronu gözdən çıxarıb.

25 yaşlı sağ cinah vingerinin "Brentford"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Brayan Embumu "Mançester Yunayted"ə keçməyə müsbət baxır.