Bundesliqadan "Fənərbağça"ya

"Verder"dən ayrılan Maks Kruzenin "Fənərbaxça"ya keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Alman oyunçunun yeni klubunda 10 nömrəli forma geyinəcəyi bildirilib.

Qeyd edək ki, M. Kruze komandanın düşərgəsinə artıq qoşulub.