Burak Yılmaz "Beşiktaş"da

"Beşiktaş" qış transfer pəncərəsində heyətini gücləndirib. SportLine.az "NTVSpor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Burak Yılmazı transfer edib.

33 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalanıb. B.Yılmazın keçidi "qara qartal"a 1 milyon avroya başa gəlib. 

Futbolçunun sonuncu klubu "Trabzonspor" olub. O, Qara dəniz klubunun heyətində 1,5 il ərzində 32 oyuna çıxıb və 28 qol vurub.

Qeyd edək ki, B.Yılmaz 2006-2008-ci illərdə də "Beşiktaş"ın şərəfini qoruyub.