Burakdan mükəmməl zərbə, "Beşiktaş"dan qələbə

Türkiyə Super Liqasının 29-cu turunda "Beşiktaş" "Sivasspor"un qonağı olub.

Sportline.az xəbər verir ki, "qara qartal" səfərdə Sivas komandasını 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Beşiktaş" 56 xalla yalnız lider "Başakşəhər"lə "Qalatasaray"dan geri qalır. "Sivasspor" isə 35 xalla 13-cüdür.

"Sivasspor" 1:2 "Beşiktaş"
Qollar:
Domaqoy Vida, 31 (0:1), Fusseni Diabate, 45 (1:1), Burak Yılmaz, 87 (1:2).