Burak Yılmaz Türkiyəyə qayıtdı
Burak Yılmazın yeni iş yeri bəlli olub. SportLine.az xəbər verir ki, Türkiyə millisinin hücumçusu karyerasını vətənində davam etdirəcək.
Futbolçu "Trabzonspor"la razılığa gəlib. Bu barədə Qara dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə B.Yılmazın 3,5 milyon avro müqabilində Çinin “Beijinq Qoan” komandasından transfer edildiyi qeyd olunub.