"Bursaspor" aşağı liqaya düşdü

Türkiyə Superliqasında 2018/19-cu illər mövsümünə yükun vurulub.

Sportline.az xəbər verir ki, “Bursaspor” səfərdə “Yeni Malatyaspor”la üz-üzə gəlib. Meydan sahibləri ilk 20 dəqiqədə qapılarında 2 top görüblər. Hesabı qonaqlardan Yusuf Erdoğan açıb. Çox keçmədən fərq 2-ə yüksəlib. Bu dəfə Ümid Nayir topu rəqib qapısından keçirib. 2-0.

İkinci hissədə Malatya komandasından Abubakar Kamara fərqi azaldıb. “Bursaspor” 2:1 hesabı ilə qalib gəlsə də, bu, Superliqada qalmaq üçün kifayət etməyib. “Göztəpə”nin “Ankaragücü” kollektivini məğlub etməsindən sonra 16-cı pillədə qərarlaşan “Bursaspor” aşağı liqaya düşüb.

Qeyd edək ki, Bursa komandası ardıcıl 13 ildir ki, Superliqada mübarizə aparırdı.