"Bursaspor"da yeni baş məşqçi

Türkiyə Superliqasında mübarizə aparan "Bursaspor"un yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, ötən gün komanda ilə yolları ayrılan baş məşqçi Səməd Aybabanın yerinə yeni mütəxəssis təyin olunub. Bu, Məsud Bakkaldır. 55 yaşlı məşqçinin son iş yeri "Alanyaspor" olub.

Qeyd edək ki, “Bursaspor” 27 turdan sonra 28 xalla autsaydelər qrupunda qərarlaşıb.