Buskets gələcək karyerası haqda fikirlərini bölüşüb

Serxio Buskets karyerasını Avropada davam etdirmək istəmir.

Sportline.az xəbər verir ki, "Barselona" ilə yolları ayrılan yarımmüdafiəçi gələcək futbolçu həyatı ilə bağlı sualı belə cavablandırıb: "Düzünü desəm hələ ki, heç nə planlaşdırmamışam. 3-4 variantım olsa da, qərar verməyə tələsmirəm. Hansısa ciddi turnirdə "Barselona"ya qarşı oynamamaq üçün Avropada çıxış etmək istəmirəm".

O, həmçinin məsələyə yaxın 2-3 həftə ərzində aydınlıq gətiriləcəyini vurğulayıb.