Caka "Bayer"dən ayrılmayacaq
"Bayer" isveçrəli futbolçusu Qranit Cakanı klubda saxlamaq niyyətindədir.
Sportline.az jurnalist Fillip Arensin məlumatına istinadən xəbər verir ki, Almaniya klubu Cakanı satmayacaq.
32 yaşlı yarımmüdafiəçinin "Bayer"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Q.Caka 2023-cü ilin yayından etibarən Leverkuzen klubunda çıxış edir.