Cenk Tosun zədələndi

Türkiyə millisinin aparıcı üzvlərindən olan Cenk Tosun heyətdən kənarlaşdırılıb.

Sportline.az "fanatik"ə istinadən xəbər verir ki, "Everton"un hücumçusu zədəlidir. 28 yaşlı futbolçu Yunanıstanla keçirilən  yoldaşlıq oyununda xəsarət alıb.

Cenk Tosun Avro-2020-nin seçmə mərhələsində iyunun 8-də evdə Fransa, 11-də isə səfərdə İslandiya ilə matçlarda iştirak etməyəcək.