Ceykob Remzinin transfer qiyməti açıqlanıb

"Aston Villa" ingiltərəli futbolçusu Ceykob Remzinin transfer qiymətini açıqlayıb.

Sportline.az  "Talk Sport" nəşrinə istinadən xəbər verir ki, Birmingem klubu Remzi üçün 50 milyon avro tələb edir. 

24 yaşlı futbolçu ilə "Arsenal", "Nyukasl Yunayted" və "Tottenhem" klubları yaxından maraqlanır.

Qeyd edək ki, Remzi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 46 matçda 4 qol 7 məhsuldar ötürmə müəllifi olub.