"Çelsi" "Milan"a 30 milyon avro ödəyəcək

"Çelsi" "Milan"ın qapıçısı Mayk Meynyanı heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.

London klubu bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, M.Menyanın İtaliya klubu ilə sözləşməsi 2031-ci ilin yayına qədərdir.