"Çelsi" 40 milyon avro ödəməyə hazırdır

"Vest Hem"in futbolçusu Cerred Boven "Çelsi"nin transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Migel Delaney məlumat yayıb.

"Zadəganlar" bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır. Lakin "Vest Hem" 50 milyon avro tələb edir.

Qeyd edək ki, "Vest Hem" yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq.