"Çelsi" 60 milyon avroya transfer etdiyi futbolçusu ilə vidalaşır

"Çelsi" klubu fransalı futbolçusu Kristofer Nkunku ilə mövsümün sonunda yollarını ayıracaq.

Sportline.az xəbər verir ki, bu haqda məşhur futbol jurnalisti Santi Aouna öz "X" hesabında paylaşım edib.

27 yaşlı hücumçunun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Nkunku bu mövsüm çıxış etdiyi 42 matçda 14 qol 5 məhsuldar ötürmə müəllifi olub.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 45 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, Nkunku "Leipziq"dən "Çelsi"yə 60 milyon avro qarşılığında transfer olmuşdu.