"Çelsi" 84 milyon avronu gözdən çıxarıb
"Çelsi" "Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitikeni transfer etmək niyyətindədir.
Sportline.az jurnalist Migel Delaneyin məlumatına istinadən xəbər verir ki, London klubu bu keçid üçün 84 milyon avro ödəməyə hazırdır.
H.Ekitikenin "Ayntraxt"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 22 yaşlı forvard bu mövsüm meydana çıxdığı 48 matçda 22 qol 12 asistlə yadda qalıb.