“Çelsi” heyətini fransalı futbolçu ilə gücləndirib

"Çelsi" fransalı futbolçu Mamadu Sarrı transfer edib.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "zadəganlar" 19 yaşlı mərkəz müdafiəçisi ilə 8 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, son olaraq "Strasburq" klubunda çıxış edən Sarr ötən mövsüm 28 oyunda meydana çıxıb.