"Çelsi" "Lion"dan futbolçu ala bilər

"Lion"un belçikalı futbolçusu Malik Fofana "Çelsi"nin radarına düşüb.

Sportline.az "Lequipe" nəşrinə istinadən xəbər verir ki, London klubu Fofana üçün "Lion"a təklif göndərib.

"Çelsi"nin rəhbərliyi bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Malik Fofana ötən mövsüm çıxış etdiyi 41 matçda 11 qol 6 məhsuldar ötürmə müəllifi olub.