“Çelsi” Maksens Lakruaya elçi düşüb

“Çelsi” müdafiə xəttini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir. London təmsilçisi hazırda “Kristal Pelas”ın müdafiəçisi Maksens Lakruanı transfer etmək variantını nəzərdən keçirir.

Sportline.az “Talk Sport” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar” müdafiələrinə daha çox boy üstünlüyü və fiziki güc qatmaq istəyirlər. Lakrua isə klubun axtardığı profillə üst-üstə düşür.

Bununla yanaşı, “Kristal Pelas” 26 yaşlı futbolçunu komandada saxlamaqda maraqlıdır və onun ayrılmasını istəmir.

Bundan əlavə “Çelsi” “Real Madrid”in gənc müdafiəçisi Yakobo Ramonu da transfer siyahısına əlavə edib.

Qeyd edək ki, Lakruanın klubla müqaviləsi 2029-cu ildə başa çatır. Onun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirlir.

Banner