"Çelsi" "Mançester Yunayted" üzərində vacib qələbə qazandı
İngiltərə Premyer Liqasında 37-ci tura start verilib.
Sportline.az xəbər verir ki, turun mərkəzi matçı "Stemford Bric" stadionunda keçirilib. "Çelsi" "Mançester Yunayted"lə qarşılaşıb.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib.
"Çelsi" 1:0 "Mançester Yunayted"
Qol: Mark Kukurelya, 71
Qeyd edək ki, "Çelsi" 66 xalla 4-cü pilləyə yüksəlib. "Mançester Yunayted" 39 xalla 16-cıdır.