"Çelsi" və "Liverpul" transfer yarışına girib
"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, "Çelsi" və "Liverpul" H.Ekitike ilə yaxından maraqlanır.
22 yaşlı forvard ötən mövsüm meydana çıxdığı 48 matçda 22 qol 12 asistlə yadda qalıb.
Qeyd edək ki, Ekitikenin transfer qiyməti 90 milyon avro olaraq qiymətləndirilir.