"Çelsi"də ayrılıq yaşanacaq

Ötən ilin yayında "Mançester Yunayted"dən "Çelsi"yə 46.2 milyon avro qarşılığında transfer olunan Alexandro Qarnaço klubdan ayrılmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, "Napoli" 22 yaşlı sol cinah vingerini heyətinə qatmaq niyyətindədir.

Bu haqda insayder Fabrizio Romano öz "X" hesabında paylaşım edib.

Qeyd edək ki, A.Qarnaço "Çelsi" ilə sözləşməsi 2032-ci ilin iyun ayına qədərdir.

Banner