“Çelsi”dən 100 milyon avroluq transfer
"Çelsi" 22 yaşlı hücumçu Uqo Ekitikeyi transfer etmək üçün "Ayntraxt Frankfurt"la danışıqlar aparır.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, fransalı futbolçunun transferi uğrunda mübarizədə London klubunun əsas rəqibi "Liverpul"dur.
"Arsenal" daha əvvəl transferdən imtina edib. Frankfurt klubunun 22 yaşlı hücumçu üçün qiyməti 100 milyon avro müəyyən etdiyi vurğulanır.
Keçən mövsüm Ekitike bütün turnirlərdə 48 oyun keçirib, 22 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.