"Çelsi"dən 100 milyonluq həmlə
"Ayntraxt"ın fransalı forvardı Hüqo Ekitike "Çelsi"nin transfer hədəfindədir.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabris Houkins öz "X" hesabında paylaşım edib.
22 yaşlı futbolçunun meneceri "Çelsi" ilə təmas halındadır.
Qeyd edək ki, "Ayntraxt"ın rəhbərliyi H.Ekitike üçün 100 milyon avro tələb edir.