"Çelsi"dən 18 milyon avroluq transfer

"Çelsi" "Milan"ın fransalı kiperi Mayk Menyanla razılıq əldə edib.

Sportline.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, London klubu Menyan üçün "Milan"a 18 milyon avro ödəyəcək.

29 yaşlı futbolçu ötən mövsüm çıxış etdiyi 53 matçda qapısında 59 top buraxıb.

Qeyd edək ki, Menyan "Milan"a "Lill"dən 16.4 milyon avro qarşılığında transfer olmuşdu.