"Çelsi"dən 90 milyon avroluq transfer
"Çelsi" "Aston Villa"nın ingiltərəli futbolçusu Morqan Rocersi heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, London klubu 22 yaşlı futbolçu üçün "Aston Villa"ya 90 milyon avro ödəməyə hazırdır.
Birmingem klubu bu məbləğ qarşısında Rocersi satmaq fikrinə müsbət yanaşır.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 54 matçda 14 qol 15 asistlə yadda qalıb.
Qeyd edək ki, Morqan Rocersin "Aston Villa" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.