"Çelsi"dən Xavi həmləsi

"Leipziq"in niderlandlı futbolçusu Xavi Simons "Çelsi"nin maraq dairəsinə düşüb.

Sportline.az "Guardian Sport"a istinadən xəbər verir ki, London klubu X.Simons üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

22 yaşlı futbolçu "Çelsi"də çıxış etməyə isti yanaşır. O, karyerası ərzində daha əvvəl "Barselona", "Paris Sen-Jermen" və PSV kimi klubların şərəfini qoruyub.

Qeyd edək ki, Xavi Simonsun "Leipziq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O, ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 33 matçda 11 qol 8 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Xavi Simons "Leipziq"ə PSJ-dən 50 milyon avro qarşılığında transfer olunmuşdu.