"Çelsi"dən yeni transfer

Liam Delap "Çelsi"yə keçir: 30 milyon funtluq transfer tamamlanmaq üzrədir.

Sportline.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, İngiltərə U-21 yığmasının və "İpsviç Taun" klubunun hücumçusu Liam Delap "Çelsi"yə transfer olmağa yaxındır.

22 yaşlı ingilis forvard "İpsviç"lə müqaviləsindəki 30 milyon funt sterlinqlik sərbəstqalma maddəsi aktivləşdirilərək London klubuna keçəcək.