“Çelsi”dən yeni transfer həmləsi

“Borussiya Dortmund”un ingiltərəli futbolçusu Ceymi Gittens “Çelsi”nin maraq dairəsindədir.

Sportline.az jurnalist Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, London klubu C.Gittensin meneceri ilə danışıqlara başlayıb.

20 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Ceymi Gittens ötən mövsüm çıxış etdiyi 48 matçda 12 qol 5 asist müəllifi olub.