"Çelsi"ni "Mançester Siti"yə dəyişir

"Çelsi"nin futbolçusu Malu Qusto karyerasını "Mançester Siti"də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Lequipe" nəşri məlumat yayıb.

23 yaşlı fransalı sağ cinah müdafiəçisinin transfer qiyməti 35 milyon avrodur.

Qeyd edək ki, M.Qusto cari mövsüm meydana çıxdığı 49 matçda 3 qol, 5 asistlə yadda qalıb.

Banner