"Çelsi"ni "Tottenhem"ə dəyişə bilər
"Çelsi"nin fransalı futbolçusu Kristofer Nkunku karyerasını "Tottenhem"də davam etdirə bilər.
Sportline.az jurnalist Aleks Krookun məlumatına istinadən xəbər verir ki, Nkunku üçün "Tottenhem" 45 milyon avro ödəməyə hazırdır.
27 yaşlı futbolçu "Çelsi"dən ayrılmaq fikrində qətidir. Oyunçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.
Qeyd edək ki, Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 42 matçda 14 qol 5 asistlə yadda qalıb.
Onun kluba müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Kristofer Nkunku "Çelsi"yə 2023-cü ilin yayında "Leipziq"dən 60 milyon avro qarşılığında transfer olmuşdu.