"Çelsi"nin əsas hədəfi bəlli olub
"Borussiya Dortmund"un ingiltərəli futbolçusu Ceymi Gittens karyerasını ölkəsində davam etdirə bilər.
Sportline.az "Tele Football" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" Gittensi transfer etmək üçün hərəkətə keçib.
London klubu 20 yaşlı futbolçu üçün 50 milyon avroluq təklif hazırlayır.
Qeyd edək ki, Gittens bu mövsüm meydana çıxdığı 48 matçda 12 qol 5 asist müəllifi olub.