"Çelsi"nin futbolçusu "Fənərbağça"ya keçdi
"Fənərbağça" klubu qış transfer pəncərəsində heyətini gücləndirib. SportLine.az xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin futbolçusu Viktor Mozeslə razılığa gəlib.
Türkiyə mətbuatın məlumatına görə, nigeriyalı yarımmüdafiəçi artıq İstanbuldadır. Onunla gün ərzində müqavilə imzalanacaq.
28 yaşlı futbolçu "Fənərbağça"da icarə əsasında çıxış edəcək. Onunla 1,5 illik müqavilə imzalanacağı gözlənilir.