"Çelsi"nin futbolçusu "Real Madrid"in hədəfində

Sağ cinah müdafiəsində problemi aradan qaldırmağa çalışan “Real Madrid” rəhbərliyi Dumanlı Albiona üz tutub.

Sportline.az Football İnsider saytına istinadən xəbər verir ki, madridlilər “Çelsi”nin 23 yaşlı futbolçusu Ris Ceymsi heyətə qatmaq niyyətindədirlər. 

“Real Madrid” Ris Ceyms üçün "zadəganlar"a 90 milyon funt-sterliq ödəməyə hazırdır.

Qeyd edək ki, Ceymisin "Çelsi" ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır.