"Çelsi"nin gözü argentinalı futbolçuya düşüb

"Çelsi" "Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaçonu heyətinə qatmağı planlaşdırır.

Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, Qarnaço üçün "Mançester Yunayted" 50 milyon avro tələb edir.

20 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Qarnaço bu mövsüm çıxış etdiyi 55 matçda 11 qol 10 məhsuldar ötürmə müəllifi olub.