"Çelsi"nin oyunçusu 4 illik futboldan uzaqlaşa bilər
"Çelsi"nin ukraynalı hücumçusu Mixaylo Mudrik 4 illik futboldan uzaqlaşa bilər.
Sportline.az xəbər verir ki, buna səbəb oyunçunun dopinqdən istifadə etməsi olub.
Bu haqda jurnalist Matt Lov öz "X" hesabında paylaşım edib.
Qeyd edək ki, Mudrik təxminən 6 aydır futbol oynamır. Sonuncu dəfə ötən ilin dekabr ayında "Aston Villa"ya qarşı meydana çıxmışdı.