Çempionat oyunları bir dəqiqəlik sükutla başlanacaq

İspaniya La Liqasında 26-cı turun oyunları fərqli başlanacaq.

Sportline.az La Liqanın “X” sosial şəbəkəsində paylaşımına istinadla xəbər verir ki, növbəti turun oyunları Valensiya şəhərində baş verən yanğında həyatını itirənlərin xatirəsinə 1 dəqiqəlik sükutla başlanacaq.

Qeyd edək ki, Valensiyada 14 mərtəbəli binanı əhatə edən yanğın qonşu binaya keçib.

Ölənlərdən əlavə 19 nəfər hələ də itkin düşmüş hesab edilir.

Şəhərdə matəm elan edilib və həftə sonu planlaşdırılan bütün tədbirlər ləvğ edilib.